ER Parlamentimin sədri Alen Simonyanın rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 3-6-da Sloveniya Respublikasında rəsmi səfərdə olacaq. Bu barədə ER Parlamenti məlumat yayıb.
Səfər çərçivəsində Sloveniyanın yüksək vəzifəli şəxsləri, o cümlədən Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts-Musar, Sloveniya Respublikasının Parlamentinin sədri Urşka Klakoçar Zupançiç və Sloveniyanın baş nazirinin müavini, Xarici və Avropa İşləri naziri Tanya Fayon ilə ikitərəfli görüşlər nəzərdə tutulub.