Müxtəlif ölkələrin liderləri və həmkarları ER Baş naziri Nikol Paşinyana ad günü münasibətilə təbrik mesajları göndəriblər.
Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müraciətində deyilir:
“Hörmətli Nikol Vovayeviç, doğum gününüz münasibətilə səmimi təbrikləri qəbul edin.
Rusiya-Ermənistan münasibətləri çoxəsrlik dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanır.
Biz bu münasibətlərin hər iki ölkənin xalqlarının rifahı naminə uğurla inkişaf etdirilməsinin tərəfdarıyıq.
Sizə cansağlığı, xoşbəxtlik, firavanlıq və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.