ABŞ dövlət katibi Entoni Blinken Praqada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə müzakirə aparıb. Görüş NATO xarici işlər nazirlərinin qeyri-rəsmi konfransı çərçivəsində baş tutub.
ABŞ Dövlət Departamentinin məlumatına görə, Blinken və Fidanın gündəliyinə Qəzza zolağında atəşkəsin əldə edilməsi, əsirlərin geri qaytarılması, regiona humanitar yardımın artırılması səyləri, Qafqazda sülh və rifahın dəstəklənməsi yolları daxildir.