Rusiya ərazisinə Amerika silahları ilə hücum cəhdləri ABŞ-ın Ukraynadakı münaqişədə iştirakına sübutdur, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiyanın iştirakı olmadan Ukraynada münaqişənin həlli variantlarının axtarışı vaxt itkisidir.
“Rusiya Ukraynanın nizamlanmasına Çinin yanaşmasını bölüşür. Rusiya Federasiyasının iştirakı olmadan bu, perspektivli deyil. Çin bunu əvvəldən elan edib və bu məsələdə bizim mövqelərimiz Çin Xalq Respublikasının mövqeyi ilə tamamilə eynidir. Biz belə yanaşmanı dəstəkləyirik”, - Kreml nümayəndəsi vurğulayıb.
Bundan əvvəl Rusiya mətbuatı Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mao Ninə istinadən Pekinin Ukrayna ilə bağlı İsveçrədə keçirilən konfransda iştirak edə bilməyəcəyini bildirib.