Mayın 28-də müdafiə naziri Suren Papikyan Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Cozep Borrelin dəvəti ilə Aİ və tərəfdaş ölkələrin müdafiə nazirləri üçün təşkil olunmuş işçi naharda iştirak edib. Şuman Təhlükəsizlik və Müdafiə Forumu çərçivəsində Avropa təhlükəsizliyi ilə bağlı məsələlər müzakirə edilib: Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Tədbir zamanı Suren Papikyan İsveç, Bolqarıstan, Yunanıstan, Kipr və Gürcüstanın nazirləri ilə müdafiə sahəsində ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib.