2023-cü ildə 8,7 faiz iqtisadi artım əldə etdik ki, bu da 2021-ci il növbədənkənar seçkilər üçün seçkiqabağı proqramda ifadə edilmiş hədəfdən yüksəkdir. Bunu Baş nazir Nikol Paşinyan Parlamentin daimi komitələrinin birgə iclasında 2023-cü il dövlət büdcəsinin icrasını müzakirə edərkən deyib.
“Həm 2022-ci ildə, həm də 2023-cü ildə həmin hədəfdən yüksək iqtisadi artım əldə etdik, hədəfimiz isə orta illik iqtisadi artımı 7 faiz təşkil etmək idi.
Amma onu da qeyd etmək lazımdır ki, 2018-ci ilin qeyri-zorakı, məxməri inqilabından sonra Ermənistan iqtisadiyyatı demək olar ki, 30 faiz artıb. Bu, çox mühüm göstəricidir.
2017-ci illə müqayisədə adambaşına düşən ÜDM real ifadədə təqribən 37 faiz, dollar ifadəsində isə iki dəfədən çox artıb”, - deyə baş nazir bildirib.