Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili Birinci Respublika Günü münasibətilə Ermənistana, erməni xalqına, hökumətinə və xarici işlər naziri Ararat Mirzoyana təbrik məktubu göndərib.
“Bu gün xalqınız üçün sülh, birlik və firavanlıq ilə dolsun. Biz ölkələrimiz və xalqlarımız arasında strateji tərəfdaşlıq və unikal əlaqələri daha da gücləndirməyə sadiqik”, - deyə Darçiaşvili bildirib.