Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotinyi Respublika Günü münasibətilə təbrik məktubu göndərib.
“Bu gün, mayın 28-də biz Sardarapatın osmanlılar üzərində qələbəsini (1918-ci il) qeyd edirik, bunun sayəsində Ermənistanın milli kimliyi və siyasi müstəqilliyi qorunub saxlanıldı və dövlətçiliyə şərait yaradıldı və bu dövlət iki ildən sonra sovet zülmətinə qərq oldu”, - deyə səfir X öz mikrobloqunda yazıb.