ER Baş naziri Nikol Paşinyan Respublika Günü münasibətilə təbrik mesajı yayıb.
Mesajda qeyd edilir: “Bu gün biz dövlətimizin ən mühüm günlərindən biri olan Respublika Gününü qeyd edirik. Bu Gün 400 illik fasilədən sonra 1918-ci il mayın 28-də Sardarapat, Baş-Aparan və Qarakilisa döyüşlərindən sonra İlk Ermənistan Respublikasının yaradılması ilə nəticələnən erməni dövlətçiliyinin bərpasını simvolizə edir.
Bu Gün həm də Ermənistanda xalq hakimiyyətinin qurulmasını simvolizə edir, çünki 1918-ci il mayın 28-də qanunvericilik və icra hakimiyyəti xalqın seçimi ilə formalaşdı, hakimiyyətin mənbəyi və daşıyıcısı, dövlətin qurucusu suveren xalq oldu. Bu, reallığımızda ilk dəfə 1918-ci ildə təsdiq olunmuş cümhuriyyət ideologiyasıdır”.
Mesajda vurğulanır ki, 2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan Respublikası yeni düşüncə tərzi sayəsində ayaqda qaldı, bu bizə reallığı yenidən dərk etməyə və reallığa təsir etməyə imkan verdi.
“Bu yeni düşüncə tərzi aydın göstərir ki, daim dəyişən dünyada daim dəyişmək və inkişaf etmək, çağırışlara və məqsədlərə uyğun qərarlar qəbul etmək bacarığı dövlətin daimiliyinin təmin olunmasının düsturu, həyat qabiliyyətinin açarıdır.
Hökumətimiz məhz bu üsulla Ermənistan Respublikasına rəhbərlik edir, qabiliyyətli olmaq dövlətçiliyi, şəxsiyyəti, dəyərləri qoruyub inkişaf etdirmək, azadlıq, təhlükəsizlik və rifah qura bilmək deməkdir.
Ermənistanın əsl strategiyası bundan ibarətdir. Söhbət həm də ondan gedir ki, azadlıq kifayət deyil, ədalət lazımdır, təhlükəsizlik kifayət deyil, sülh lazımdır, firavanlıq kifayət deyil, xoşbəxtlik lazımdır.
Ehtiyatlı, çətin, amma biz məhz bu yolla gedirik. Bir çox insanlar yavaş hərəkət etdiyimizi düşünür. Əslində ağlabatan olan surət yavaşdır, lakin fasiləsizdir. Biz fasiləsiz irəliləyirik və üfüqdə istədiyimiz məqsədi görürük.
Respublika Günü münasibəti ilə hamımızı təbrik edirəm”,- mesajda deyilir.