Ermənistan Respublikasında güclü yağışlar nəticəsində yaranmış fövqəladə vəziyyətlə əlaqədar Rusiya Federasiyasının Müdafiə Nazirliyi təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına yardım göstərməyə hazırdır. Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.
Rusiya Federasiyasının 102-ci hərbi bazasının komandanlığına şəxsi heyətin, eləcə də lazımi texnika ilə təmin olunması üçün müvafiq tapşırıqlar verilib.
Ermənistan tərəfinin müraciəti təqdirdə Rusiya Silahlı Qüvvələrinin bölmələri və vasitələri dərhal təbii fəlakət bölgələrinə göndəriləcək.