Bu gün Gürcüstan parlamentinin hüquq komitəsi prezidentin "Xarici agentlər" haqqında qanuna veto qoymasının ləğv edilməsini təsdiqləyib.
Məsələ sabah plenar iclasda müzakirəyə çıxarılacaq və həllini tapacaq.
Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili hakim "Gürcü Arzusu" partiyasının təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanuna veto qoymuşdu.