Cümə axşamı Birləşmiş Ştatlar Gürcüstanla ikitərəfli əməkdaşlığını nəzərdən keçirdiyini və ölkədə həftələrcə kütləvi etirazlara səbəb olan "xarici agentlər" haqqında qalmaqallı qanunla əlaqədar viza məhdudiyyətləri tətbiq etdiyini bildirib.
Dövlət katibi Entoni Binken bildirib ki, viza məhdudiyyətləri Gürcüstanda demokratiyaya xələl gətirilməsinə görə məsul olan şəxslərə və onların ailə üzvlərinə şamil olunacaq. Rəsmi şəxslərin adları açıqlanmır, lakin onların hakim "Gürcü arzusu" partiyasının üzvləri olduğu təxmin edilir.
"Gürcüstanda, o cümlədən 2024-cü ilin oktyabrında keçiriləcək seçkilər ərəfəsində, bu seçkilər zamanı və onlardan sonra demokratik proseslərə və ya institutlara xələl gətirən istənilən şəxs bu siyasətə uyğun olaraq Amerikaya viza almaq hüququna malik olmayacaq və Birləşmiş Ştatlara səfər etmək hüququndan məhrum olacaq. Bu məhdudiyyətlər bu cür şəxslərin ailə üzvlərinə də şamil oluna bilər", deyə Blinkenin bəyanatında bildirilir.