Mayın 24-dən Ermənistan sərhəd qoşunları Tavuş bölgəsində - Berkaber kəndi yaxınlığında 1,9 km və Voskepar və Bağanis kəndləri yaxınlığında 4,9 km-də sərhəd hissələrinin mühafizəsini rəsmən öz üzərinə götürüb.
Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) bəyanatında deyilir.
Dövlət sərhədinin Kirants kəndi yaxınlığındakı 5,8 km-lik hissəsinin mühafizəsi 2024-cü il iyulun 24-dək keçid sxemi üzrə həyata keçiriləcək”, - deyə idarənin açıqlamasında bildirilir.
Qeyd olunur ki, eyni məntiqlə mayın 24-dən etibarən sərhədin Azərbaycan tərəfdə olan hissələrinin mühafizəsi Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən həyata keçiriləcək.