Mayın 22-də Şarl Aznavurun 100 illik yubileyi günündə Şanz Elize caddəsi və Konkord parkının yaxınlığındakl parkı məşhur müğənninin adına adlandırılıb.
Ermənistanın Fransadakı səfirliyindən bildirilib ki, parkın açılış mərasimində Parisin meri Ann Hidalqo, Ermənistanın Franasadakı səfiri Hasmik Tolmacyanç Parisin 8–ci rayon meri Jan d Hotser, eləcə də Şarl Aznavurun ailə üzvləri iştirak ediblər.
Mərasimdə bir çox deputatlar, Parisdə akkreditə olunmuş xarici diplomatlar, təşkilatların nümayəndələri, Fransanın tanınmış ictimai, siyasi və mədəniyyət xadimləri, yüzlərlə Fransa vətəndaşı və Fransa erməniləri iştirak ediblər.
Səfir Tolmacyan qeyd edib ki, Fransanı təcəssüm etdirən, bütün erməni xalqının səfirinə çevrilən dünya şöhrətli sənətkar özünəməxsus səsi və təsirli mahnıları ilə milyonların qəlbini fəth etməyi bacarıb və dünya musiqisinin ölməz əfsanəsinə çevrilib.
Səfir Tolmacyan Erməni Soyqırımının tanınmasında Şarl Aznavurun əhəmiyyətli rolunu və erməni xalqının üzləşdiyi çətin sınaqlara baxmayaraq, onun Ermənistanın yenidən doğulmasına və daha yaxşı gələcəyə sarsılmaz inamını xüsusi olaraq vurğulayıb.
Paris meri Ann Hidalqo öz çıxışında Parisin mərkəzində dünya şöhrətli erməni müğənninin xatirəsini əbədiləşdirən parkın açılışını xüsusi vurğulayaraq, bunu Ermənistana və Paris şəhərinin erməni xalqına qeyd-şərtsiz sədaqətinin sübutu hesab edib.
Paris meri qeyd edib ki, yaxın vaxtlarda parkda Şarl Aznavurun heykəli də qoyulacaq.