Mayın 23-də ER müdafiə naziri Suren Papikyan Belçika Krallığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erik de Muynki qəbul edib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Müdafiə naziri səfir de Muynki vəzifəyə başlaması münasibətilə təbrik edib və ona mühüm missiyasında uğurlar arzulayıb.
Görüş zamanı iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivləri müzakirə edilib.
Tərəflər həmçinin ER Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və regional təhlükəsizliklə bağlı məsələləri müzakirə ediblər.