Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda İslam İnqilabının Ali Rəhbəri Seyid Əli Xamenei ilə görüşüb.
İranın ruhani lideri Ermənistanın baş naziri ilə görüşdə deyib. “Mərhum prezidentimiz Ermənistanın sərhəd məsələlərinə həssaslıqla yanaşırdı və bu münasibət və diqqət bundan sonra da nəzərə alınmalıdır. İranın Ermənistanla əlaqələri genişləndirmək siyasəti cənab Möxbərin rəhbərliyi altında davam edəcək. İranla Ermənistan arasında münasibətlərin düşmənləri var, ona görə də hər iki ölkə ilə bağlı məsələlərə böyük diqqət yetirilməlidir”.