Mayın 22-də ER Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Dohada keçirilən Dünya Təhlükəsizlik Forumu çərçivəsində “Sülh kəsişməsinin və regional qarşılıqlı asılılığın perspektivi” mövzusunda çıxış edib. Bu barədə ER Təhlükəsizlik Şurasının Aparatı məlumat yayıb.
Təhlükəsizlik Şurasının katibi Ermənistan hökumətinin hazırladığı “Sülhün kəsişməsi” layihəsinin təfərrüatlarını və üstünlüklərini təqdim edib. Yuxarıda qeyd olunanlar çərçivəsində o, kommunikasiyalaın blokdan çıxarılması prinsiplərindən - bərabərlik və qarşılıqlılıqdan danışıb və blokdan çıxarılacaq kommunikasiyaların yerləşdiyi ölkənin suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərməli olduğunu vurğulayıb.
Çıxış zamanı Armen Qriqoryan “Sülhün kəsişməsi” layihəsinin daha təhlükəsiz və sabit regiona malik olması üçün müsbət təsirini də təqdim edib.