Mayın 13-17-də ER Müdafiə Nazirliyinin Vazgen Sargsyan adına Hərbi Akademiyasında NATO-nun əməliyyatların planlaşdırılması üzrə ekspertləri kurs keçirib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
İştirakçılar həm əməliyyat, həm də digər funksional səviyyələrdə müxtəlif mərhələlərdə əməliyyatların planlaşdırılması prosesi ilə tanış oldular.
Kursun sonunda iştirakçılara sertifikatlar verilib.