ER XİN-in sözçüsü Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransın nəticələrini şərh edib.
“Mayın 20-21-də Vyanada keçirilən Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransın nazirlər hissəsi çərçivəsində həmsədrlərin birgə bəyanatı qəbul edilib və digər iştirakçı ölkələrlə yanaşı Ermənistan da bu konfransa qoşulub.
İştirakçı ölkələrlə birgə işin nəticəsi olaraq bəyanatın mətnində bir sıra mühüm vurğular öz əksini tapıb, xüsusilə:
-
iştirakçı ölkələr digər öhdəliklərlə yanaşı, nüvə və digər radioaktiv materialların və qurğuların hərtərəfli təhlükəsizliyini qorumaq və gücləndirmək öhdəliyini götürürlər;
-
nüvə təhlükəsizliyinə mövcud və inkişaf etməkdə olan təhdidlərdən narahatdırlar və onların aradan qaldırılmasına sadiqdirlər;
-
dinc məqsədlər üçün istifadə edilən nüvə obyektlərinə hər hansı hücumun və ya hücum təhlükəsinin nüvə təhlükəsizliyinə təhlükə yarada biləcəyini vurğulayır və xüsusilə MAQATE Baş Konfransının müvafiq qətnamə və qərarlarında öz əksini tapmış bununla bağlı öhdəliklərinə istinad edirlər.
Xəbər verdiyimiz kimi, ER xarici işlər naziri Mirzoyanın forumda çıxışı mayın 20-də olub. Həmin çıxış qlobal nüvə təhlükəsizliyinə, həm də ER-nin bu sahədəki prioritetlərinə əsas vurğunu əks etdirir”, - şərhin mətnində deyilir.