Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada keçirilən Nüvə Təhlükəsizliyi üzrə ICONS2024 Beynəlxalq Konfransı çərçivəsində MAQATE rəhbəri Rafael Qrossi ilə görüşüb. Bu barədə Qrossi özünün Xsəhifəsində yazıb.
“Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla səmərəli görüşüm oldu. MAQATE Ermənistanın nüvə proqramını, o cümlədən nüvə təhlükəsizliyinin artırılmasını dəstəkləyir”, - o yazıb.