Mayın 21-də ER Təhülkəsizlik Şurasının katibi Armen Qriqoryan Dohaya işgüzar səfəri çərçivəsində Qətər Milli Təhlükəsizlik Şurasının baş katibinin müavini Həməd Qamis əl-Qubaisi ilə görüşüb.
Görüşdə tərəflər Ermənistan-Qətər münasibətlərinin inkişaf perspektivlərini, o cümlədən iqtisadi, təhlükəsizlik və regional məsələlərdə mümkün əməkdaşlıq yollarını müzakirə ediblər.
Tərəflər regional təhlükəsizlik vəziyyətinə də toxunublar.