Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Bu haqda ER XİN məlumat yayıb.
Görüş zamanı həmsöhbətlər Ermənistanla AEBA arasında formalaşan səmərəli əməkdaşlığı və fəal dinamikanı məmnunluqla qeyd ediblər ki, bu da vaxtaşırı yüksək səviyyəli səfərlər və görüşlər ilə təmin olunur.
Ermənistan-AMEA-nın bir sıra gündəlik məsələləri müzakirə edilib.
R.Qrossi "X" hesabında yazıb: "Biz həmçinin nüvə silahının yayılmaması məsələləri və xərçəng müalicəsinin yaxşılaşdırılması üçün "RaysOfHope" proqramı vasitəsilə əməkdaşlığımız haqqında fikir mübadiləsi apardıq".
Görüş Vyanada Nüvə Təhlükəsizliyi üzrə Beynəlxalq Konfrans çərçivəsində baş tutub.