İranın vitse-prezidenti Möhsün Mənsuri helikopterin qəzaya uğraması nəticəsində İran Prezidenti İbrahim Rəisi və onun nümayəndə heyətinin üzvlərinin öldüyünü təsdiqləyib.
Xatırladaq ki,İran KİV-ləri bildiriblər ki, İran prezidentini daşıyan helikopter ölkənin Verzeqan bölgəsində şərt eniş edib.
Helikopterdə prezidentlə birlikdə xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Ayətullah Ali Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti də olub.