ER müdafiə naziri Suren Papikyan İran İslam Respublikasının prezidenti və onu müşayiət edən heyətin helikoper qəzası nəticəsində həlak olması ilə əlaqədar İran İslam Respublikasının müdafiə naziri, briqada generalı Məhəmməd Rza Aştianiyə başsağlığı ünvanlayıb. Başsağlığında deyilir:
“Mən mayın 19-da helikopter qəzası nəticəsində İran İslam Respublikasının Prezidenti, Xarici İşlər Naziri və onları müşayiət edən rəsmi şəxslərin həlak olması barədə böyük ağrı ilə xəbər tutdum.
İran İslam Respublikasının yaxın və dost ölkəsi olaraq biz Ermənistan Respublikasında Prezident Rəisinin, Xarici İşlər Naziri Abdullahianın və digər rəsmi şəxslərin vaxtsız faciəli vəfatı xəbərini böyük kədərlə qəbul etdik. Həlak olanların yaxınlarına və qohumlarına başsağlığı verir, dindar İran xalqına güc və qüvvət diləyirik.
ER Müdafiə Nazirliyi və şəxsən öz adımdan başsağlığımızı və dəstəyimizi qəbul edin”.