İqtisadiyyat naziri Gevorq Papoyanın rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin Hökuməti arasında ticarət-iqtisadi və texniki əməkdaşlıq üzrə birgə komissiyanın 2-ci iclasında iştirak etmək üçün mayın 20-22-də Birləşmiş Ərəb Əmirliklərinin Abu Dabi şəhərində olacaq.
Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.