Azərbaycan prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ağ Evdə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüb.
H.Hacıyev bu barədə “X”dəki hesabında yazıb və qeyd edib ki, görüşdə regional və qlobal məsələlər də müzakirə olunub.
“Biz həmçinin regionda sülhün inkişafı və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesi ilə bağlı fikir mübadiləsi apardıq", - H.Hacıyev qeyd edib.