Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerald Darmanan tərəfindən Azərbaycanın diktatura adlandırılması ilə bağlı yerli medianın sualına cavabında deyib ki, “Fransa tərəfi üzr istəməlidir”.
A.Hacızadə vurğulayıb ki, Fransa üzr istəməyəcəyi təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaq: "Fransa tərəfi bu açıqlamaya görə üzr istəməlidir. Əks təqdirdə, bu, Azərbaycan-Fransa münasibətlərinə daha mənfi təsirlərə gətirib çıxaracaqdır".
Qeyd edək ki, Fransanın daxili işlər naziri Jerar Darmanan “France 2” telekanalına müsahibəsində Azərbaycanın Yeni Kaledoniyada etirazlara müdaxilə etdiyini və ölkəsinin daxili işlərinə qarışdığını bildirib.