Mayın 16-da Şarl Aznavurun 100 illik yubileyi münasibətilə Paris 9-cu rayon bələdiyyəsinin təşəbbüsü ilə böyük sənətkar və humanist şəxsiyyətin xatirəsinə həsr olunmuş xatirə lövhəsinin açılış mərasimi keçirilib.
Bu barədə “Aznavur” Fondu məlumat yayıb.
Mərasim Parisin 9-cu dairəsinin meri xanım Delfin Burkli və Ermənistan Respublikasının Fransadakı səfiri xanım Hasmik Tolmacyanın iştirakı ilə baş tutub.