Mayın 16-da səfir Lilit Makunts konqresmen Mark Qrin ilə görüşüb. Bu barədə Ermənistanın ABŞ-dakı səfirliyi məlumat yayıb.
Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması məsələsini müzakirə ediblər. Səfir Ermənistan və ABŞ arasında münasibətlərin potensialına baxışını təqdim edib.