Ermənistan tərəfindən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) maliyyələşdirməsini dayandırması faciə deyil.
Bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin jurnalistlərə müsahibəsində bildirib.
“Bu, faciə deyil, təşkilat fəaliyyətini davam etdirir”, - o bildirib.
Pankinin sözlərinə görə, KTMT-nin mövcudluğu dövründə belə hallar olub və bu, faciə deyil.
“Ermənistanın KTMT-yə qarşı hərbi-siyasi nöqteyi-nəzərdən mövqeyi onun milli maraqları, eləcə də ölkənin təhlükəsizlik imkanları əsasında müəyyən ediləcək. Yerevanın təşkilatda etibarlı müttəfiqləri var. Rusiya Ermənistanın təşkilatda iştirakını yenidən bərpa edəcəyinə ümid bəsləyir”,- Rusiyanın xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib