Nikol Paşinyan Avropa İttifaqının ticarət komissarı, Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskisi qəbul edib.
Paşinyan aprelin 5-də Brüsseldə keçirilən Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli görüşünün və əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsinin vacibliyini vurğulayıb.
Aİ-nin ticarət komissarı qeyd edib ki, Brüsseldə keçirilən üçtərəfli görüşün nəticələrinə əsasən, Aİ Ermənistanın iqtisadi inkişafına, o cümlədən enerji, infrastruktur, bazarların şaxələndirilməsi, standartların tətbiqi, biznes mühitinin yaxşılaşdırılmasına töhfə verməyə davam edəcək. Valdis Dombrovskis əlavə edib ki, erməni tərəfdaşlarla iqtisadi və investisiya proqramlarının prioritetləri hazırlanır.
Tərəflər Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası prosesinə, regional nəqliyyat infrastrukturlarının açılaması istiqamətində ER hökumətinin “Sülh kəsişməsi” layihəsinə də toxunublar.
Regional təhlükəsizliyin və sabitliyin təmin edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.