Moskva Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında mayın 10-11-də Qazaxıstanın Almatı şəhərində sülh sazişi üzrə danışıqların keçirilməsini alqışlayır.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O bildirib ki, bu, Cənubi Qafqazda davamlı sülhə və firavanlığa nail olmaq üçün daha bir addımdır.
M.Zaxarova Qazaxıstanda üçtərəfli bəyanata uyğun təmasların vacibliyini qeyd edib: “Biz Qazaxıstanın bu istiqamətdə səylərini dəstəkləyirik və lazım gələrsə, tərəfdaşlarımıza hər cür kömək göstərməyə hazırıq. Almatıdakı təmasların Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli bəyanata uyğun olması vacibdir”.