Mayın 14-də Mülki Aviasiya Komitəsində komitənin sədri Mihran Xaçatryan ilə Fransanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Olivye Dekotin, Fransa səfirliyinin iqtisadi və texniki əməkdaşlıq üzrə attaşesi Vilyam Boqs, eləcə də Fransa Respublikasının Avropa üzrə Mülki Aviasiya Baş İdarəsi , MDB və Türkiyə ilə beynəlxalq əməkdaşlıqdan cavabdeh olan Jerom Lızuğ arasında görüş olub.
Mülki Aviasiya Komitəsindən bildirilib ki, görüş zamanı iki dost ölkə arasında mülki aviasiya sahəsində gələcək əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Görüş zamanı “Ermənistan Respublikasının Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin Mülki Aviasiya Komitəsi ilə Fransa Respublikasının Ekoloji Keçidlər Nazirliyinin Mülki Aviasiya Baş İdarəsi və Ərazi İnkişaf Nazirliyi arasında aviasiya sahəsində texniki saziş” imzalanıb.
Sazişin imzalanması Ermənistan və Fransa arasında mülki aviasiya sahəsində mövcud əməkdaşlığı genişləndirmək məqsədi daşıyır.