Gürcüstanın baş naziri İrakli Kobaxidze ABŞ dövlət katibi, Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Cim O`Brayen ilə görüşüb.
Tərəflər Gürcüstan-Amerika münasibətlərinin bütün məsələləri, o cümlədən son illərdə Gürcüstanda baş verən proseslər ətrafında fikir mübadiləsi aparıblar.
Kobaxidze qeyd edib ki, Gürcüstan hökuməti ABŞ ilə əməkdaşlığı dərinləşdirməkdə maraqlıdır.