Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası ilə bağlı əldə olunan razılaşmalar düzgün istiqamətdə atılan addımdır.
Bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici, Avropa işləri və ticarət naziri İan Borq “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.
O, Bakı və Yerevanı iki ölkə xalqlarının mənafeyi naminə sülh danışıqlarının dinamikasını saxlamağa çağırıb.