Baş nazir Nikol Paşinyn ATƏT-in fəaliyyətdə olan sədri, Malta xarici işlər naziri Yan Borqu qəbul edib.
Nikol Paşinyan və Yan Borq ER hökuməti ilə ATƏT arasında əməkdaşlıq məsələlərini müzakirə edib, Cənubi Qafqazda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Baş nazir Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə toxunub.
Yan Borq təşkilatın bütün ATƏT regionunda sabit sülhün və münaqişələrin həllinin dəstəklənməsinə və təşviqinə, ATƏT-in mandatına uyğun olaraq təşkilatın vasitələrindən regional sabitliyin və təhlükəsizliyin təmin edilməsinin lehinə səmərəli istifadəsinə sadiqliyini vurğulayıb.
Ermənistan və Malta arasında çoxsahəli əməkdaşlıq və əlaqələrin gələcək inkişafı ilə bağlı məsələlər müzakirə edilib. İkitərəfli yüksək səviyyəli qarşılıqlı səfərlərinə əhəmiyyət verilib.