Argentina Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesini dəstəkləyir.
Bunu Argentinanın Yerevandakı səfiri Rafael Enrike Qonzales Aleman Ermənistan parlamentinin sədri Alen Simonyanla danışıqlar zamanı deyib.
Səfir Ermənistanla Azərbaycan arasında sülh sazişinin tezliklə imzalanacağına ümid etdiyini bildirib.
A.Simonyan isə qeyd edib ki, Ermənistan regionda sülhün bərqərar olması üçün əlindən gələni edir və bu məsələdə bütün beynəlxalq tərəfdaşların dəstəyinə ümid bəsləyir.