Fransa mayın 10 və 11-də Almatıda Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların yeni raundunun keçirilməsini alqışlayır. Fransanın Ermənistandakı səfiri Olivier Dekotin özünün X mikrobloqunda Fransa Xarici İşlər Nazirliyinin bəyanatını əlavə edərək paylaşım edib.
Paris Yerevan və Bakını aprelin 19-da imzalanmış protokolun prinsipləri əsasında demarkasiyanı davam etdirməyə çağırır. Fransa Xarici İşlər Nazirliyi Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında danışıqların yeni raundunun Almatıda keçirilməsini alqışlayıb.
Fransa prosesin əsası kimi 2022-ci il oktyabrın 7-də Praqada keçirilən dördtərəfli görüşə uyğun olaraq, Yerevan və Bakının 1991-ci il Alma-Ata Bəyannaməsinə və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına sadiqliklərinin bir daha təsdiqlənməsinin vacibliyini vurğulayır.