Mayın 13-də ER parlamentinin sədri Alen Simonyan ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər və ticarət naziri Yan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Alen Simonyan Ermənistanın ATƏT-in məsuliyyət zonasında sülh və sabitliyin təmin edilməsinə yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu vurğulayıb.
“Ermənistan sülh gündəmini qəbul edib və ona sadiqdir. Ümid edirəm ki, ATƏT-ə sədrlik çərçivəsində siz Cənubi Qafqaz regionunu diqqət mərkəzində saxlayacaq və lazımi vasitələrdən istifadə etməklə Ermənistan və Azərbaycan arasında uzunmüddətli sülhün bərqərar olması prosesini təşviq edəcəksiniz”, - deyə parlamentin sədri bildirib.
A.Simonyan Ermənistan-Azərbaycan danışıqları prosesini, Azərbaycanda qanunsuz saxlanılan erməni hərbi əsirlərin və mülki şəxslərin Ermənistana qaytarılmasının vacibliyini təqdim edib.
Yan Borq qeyd edib ki, təşkilat ATƏT-in yurisdiksiyası çərçivəsində Ermənistan-Azərbaycan sülh prosesinə dəstək verməyə hazırdır.
ATƏT və Ermənistan arasında əməkdaşlıq, Ermənistan-Malta parlamentlərarası əlaqələrinin yaxınlaşması, Ermənistan-Azərbaycan danışıqlar prosesi və regionda təhlükəsizlik vəziyyəti ilə bağlı geniş spektrli məsələlər müzakirə edilib.