1991-ci il Alma-Ata Bəyannaməsi və 1991-ci ildə Sovet İttifaqının dağılması zamanı mövcud olan sərhədlər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması və sərhədlərin demarkasiyası prosesi üçün əsas olmalıdır.
Bunu ER XİN başçısı Ararat Mirozyan bildirib.
“Biz “Sülhün kəsişməsi” lahiyəsi ilə çıxış etdik. Biz nəinki hazırıq, həm də maraqlıyıq ki, nəqliyyat rabitəsi, xüsusən də birinci mərhələdə Azərbaycanla dəmir yolu əlaqəsi bərpa olunsun. Təbii ki, bütün infrastrukturlar ərazisindən keçdikləri ölkələrin suverenliyi altında olacaq, həmin ölkələrin yurisdiksiyasına uyğun fəaliyyət göstərəcək və təbii ki, tənzimləmələr də qarşılıqlı bərabərlik prinsipinə uyğun olacaq”, - Mirzoyan vurğulayıb.