ABŞ-ın Azərbaycandakı səfirliyindən "Amerikanın səsi"-nə sülh müqaviləsinin bağlanması üçün Azərbaycanla Ermənistan arasında diplomatik səylərin davam etdirilməsinin vacibliyini bildiriblər.
Səfirlikdə qeyd ediblər ki, hər iki ölkə onların suverenliyini və ərazi bütövlüyünü tanıyan saziş yolunda əhəmiyyətli uğurlar qazanıb.
“Biz bu dinamikanı saxlamağa və əvvəlki danışıqların nəticələrinə əsaslanan sazişi bağlamağa çağırırıq. Biz hər iki ölkənin rəhbərliyini dəstəkləməyə davam edirik və hər kəsin hüquqlarına hörmət edilən layiqli və davamlı sülhə nail olmaq üçün yardım təklif edirik", - səfirlikdə qeyd ediblər.