ABŞ Ukraynaya yeni yardım paketi ayırır. Ağ Evdən verilən məlumata görə, müvafiq sərəncamı ABŞ prezidenti imzalayıb.
“Dövlət katibinə Ukraynaya müdafiə məhsulları və xidmətləri, habelə hərbi təlim və təhsil üçün 400 milyon dollara qədər yardım göstərmək səlahiyyəti verirəm”, – Ağ Evin bəyanatında deyilir.
Ukrayna prezidentinin aparat rəhbəri Andriy Yermak qeyd edib ki, paketə “Patriot” və “NASAMS” hava hücumundan müdafiə sistemləri üçün raketlər, “Stinger” zenit-raket kompleksləri, HIMARS sistemi və artilleriya sursatları, “Bradley” zirehli maşınları və digər avadanlıqlar daxil olacaq.