Ukraynanın hərbi-siyasi rəhbərliyinin Rusiya qüvvələrinin sayı və Xarkov vilayətinin müdafiəsini pozmaq planları barədə məlumatı var, Ukrayna prezidenti Vladimir Zelenski bəyan edib.
Onun sözlərinə görə, Ukrayna qüvvələri qarşı tərəfə cavab zərbələri endirir və Xarkov istiqamətində müdafiəni gücləndirir. Zelenski əmin edib ki, bütün mövqeləri təmin etmək üçün səylər göstərilir. O, tərəfdaşları Kiyevə kömək etməyə və dəstək paketləri təqdim etməyə çağırıb.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Xarkov istiqamətində döyüşlər gedir, Rusiya qüvvələri hücum əməliyyatları aparır.