Almatıda danışıqların başlanğıcında Ermənistan, Qazaxıstan və Azərbaycanın xarici işlər nazirləri çıxış etdilər. Bu barədə ER XİN məlumat yayıb.
ER xarici işlər naziri Ararat Mirzoyan qeyd edib. “Bu görüşün təşəbbüskarı və təşkilinə görə Qazaxıstan tərəfinə təşəkkür sözlərinə qoşuluram. Biz Ermənistanda Qazaxıstanın öz iki dost ölkəni razılığa gəlmək və Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün dəstəkləmək istəyini yüksək qiymətləndiririk. Mən, həmçinin Qazaxıstan Prezidentinə, eləcə də sizə, Murat Abuqalieviçə, göstərdiyiniz səylərə görə xüsusi təşəkkürümü bildirmək istəyirəm.
Həqiqətən də, çox simvolikdir ki, biz bu gün bu gözəl şəhərdə, Almatıda, üstəlik, bu binada, 1991-ci ildə Alma-Ata bəyannaməsi imzalanmış “Dostluq Evi”ndə görüşürük. Nəzərinizə çatdırım ki, bu, keçmiş SSRİ-nin on bir respublikasının imzaladığı, SSRİ-nin keçmiş inzibati sərhədlərini dövlətlərarası sərhəd kimi tanıyan sənəddir. Vacibdir ki, son iki il ərzində həm Ermənistanın baş naziri, həm də Azərbaycan prezidenti müxtəlif formatlarda Alma-Ata Bəyannaməsinə sadiqliklərini dəfələrlə təsdiqləyiblər, onlar həmçinin Alma-Ata Bəyannaəsi prinsiplərinə əsaslanan ərazi bütövlüyünün qarşılıqlı tanınmasını təsdiqləyiblər və onlar həmçinin sərhədin delimitasiyası prosesinin Alma-Ata bəyannaməsi əsasında həyata keçirilməli olduğunu bir daha təsdiqlədilər. Əsasən bu o deməkdir ki, delimitasiya prosesində SSRİ-nin dağılması zamanı mövcud olan sərhədlər təkrarlanmalıdır.
Bir daha vurğulamaq istərdim ki, Ermənistan sülhə, beynəlxalq müqavilənin razılaşdırılmasına can atır. Biz sülh prosesində çox konstruktiv iştirak edirik və üstəlik hesab edirik ki, sülh sazişinin imzalanması ilə məhdudlaşmamalıyıq. Biz bölgədəki nəqliyyat kommunikasiyalarını açmaq üçün irəli gedə bilərik. Bunu, təbii ki, elə etmək ki, bütün kanalların ölkələrin suverenliyi altında olacağı, ərazisindən keçəcəkləri ölkələrin yurisdiksiyası altında fəaliyyət göstərəcəyi və dövlət sərhədini keçmək üçün bütün prosedurlar (inzibati, gömrük) qarşılıqlılıq prinsipinə uyğun olaraq razılaşdırılacağı anlayışı ilə olsun”.