Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb.
Bu barədə Az’rbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, səfər çərçivəsində Almatı şəhərində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin iki ölkə arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.