Mayın 10-da ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bu yaxınlarda ev dustaqlığına buraxılan doktor Qubad İbadoğlu ilə görüşüb.
"Birləşmiş Ştatlar cənab İbadoğlunun azadlığa buraxılmasını humanitar jest kimi alqışlayır. Onun tezliklə tam azadlığa buraxılması üçün çağırışlar etməyə davam edəcək". Bu barədə ABŞ-ın Bakıdakı səfirliyinin məlumatında deyilir.