ABŞ Nümayəndələr Palatası spiker Mayk Consonun (respublikaçı, Luiziana) vəzifəsindən kənarlaşdırılmasının əleyhinə səs verib.
Səsvermə “C-SPAN” telekanalında canlı yayımlanıb.
Belə ki, 359 konqresmen Marcori Teylor-Qrin (respublikaçı, Corciya ştatı) Consonun vəzifədən uzaqlaşdırılması təşəbbüsünün bloklanmasının lehinə 359 nəfər səs verib, 43 qanunverici isə əleyhinə çıxıb.
Səsvermədə spikerin partiyadaşlarına demokratların əksəriyyəti də qoşulub.
Qeyd edək ki, Marcori Teylor-Qrin müharibə ilə bağlı Ukraynaya hərbi və maliyyə yardımı və ya Rusiyaya qarşı sanksiyalardan asılı olmayaraq təqdim edilən hər bir qanun layihəsinin əleyhinə səs verən qanunvericidir.
Xatırladaq ki, daha əvvəl respublikaçıların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləmişdi.