Fransada Olimpiya məşəli estafetinə start verilib. Atəş 19-cu əsrə aid “Belem” yelkənli gəmisi ilə Fransanın cənubundakı Marsel şəhərinə aparılıb.
Atəş Yunanıstandan Fransaya çatdıqdan sonra ilk məşəl daşıyan fransız üzgüçü, 2012-ci il Olimpiya çempionu Florent Manodu olub.
Yelkənli gəmi Fransanın himni altında köhnə Marsel limanına daxil olub. Rəngarəng mərasimi 50 minə yaxın insan çimərlikdən izləyib.
2024-cü il Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək Parisdə keçiriləcək.