Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzv ölkələrin liderləri Monqolustanla müvəqqəti azad ticarət sazişinin bağlanması üzrə danışıqların başlanmasını təsdiqləyiblər.
Qərar Moskvada Avrasiya İqtisadi İttifaqının sammiti çərçivəsində keçirilən Avrasiya İqtisadi Şurasının iclasında qəbul edilib.
Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, ilkin mərhələdə Monqolustanla azad ticarət zonası haqqında saziş məhdud sayda sənaye və kənd təsərrüfatı məhsullarını, 400-ə yaxın məhsulu əhatə edəcək.