Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 8-də Kanadanın xarici işlər naziri Melani Coli ilə telefon danışığı aparıb.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazir Mirzoyan ərazi bütövlüyü prinsipini və 1991-ci il Alma-Ata Bəyannaməsini vurğulayaraq, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi istiqamətində son hadisələri, o cümlədən sərhədlərin demarkasiyası prosesi barədə həmkarını məlumatlandırıb.
ER XİN rəhbəri Cənubi Qafqazda davamlı iqtisadi inkişaf perspektivlərinə toxunaraq, ER-nin regional kommunikasiyaların açılmasında maraqlı olduğunu və ER hökuməti tərəfindən hazırlanmış “Sülh kəsişməsi” layihəsinin həyata keçirilməsinin verdiyi imkanları vurğuladı.
Humanitar xarakterli məsələlərə də toxunulub.